“Türkiyə həmişə Suriyanın yanında olub, bunu unutmayacağıq” – Colani


“Dost ölkə Türkiyə həmişə Suriya xalqının yanında olub. Bunu unutmayacağıq və iki ölkə arasında strateji əlaqələr qurulacaq”.
Yeniavaz.com
“TRThaber”ə istinadən xəbər verir ki, bunu Suriyanın yeni hakimiyyətinin lideri Əhməd əl-Şara (Əbu Məhəmməd əl-Colani ləqəbi ilə tanınır) Türkiyənin xarici işlər naziri Hakan Fidanla Dəməşqdəki görüşündən sonra mətbuat konfransında deyib.
“Fidanla Suriyanın gələcəyi ilə bağlı danışdıq. Hörmətli nazirlə Suriyanın gələcəyi ilə bağlı çətinlikləri və müəyyən mövzuları ətraflı müzakirə etdik. Gələcəkdəki hökumətin güclü olmasını danışdıq. Xüsusilə də Müdafiə Nazirliyinin vacibliyini və silahların ancaq dövlətin nəzarətində qalmasını müzakirə etdik. Dövlətdən başqa hansısa qruplaşmanın əlində silah olmamalıdır”, - Colani bildirib.

DİGƏR XƏBƏRLƏR

Top