“İsrail məhv ediləcək” – Xamenei


İranın ali dini lideri Ayətullah Əli Xamenei İsrailin məhv ediləcəyini bəyan edib.
Yeniavaz.com
xəbər verir ki, bu barədə ölkə liderinin mətbuat xidməti məlumat yayıb.
Xamenei bildirib ki, bu, İranın “Müqavimət oxu”nun iştirakı ilə baş verəcək:
“İranın bölgədə öz proksi-qüvvələri yoxdur. Yəmən, “Hizbullah”, HƏMAS və “İslami Cihad” öz inancları uğrunda mübarizə aparır və bizdən heç bir dəstək görmürlər. Yəmən, İraq, Livan, Fələstin və Suriyanın igidləri buna qarşı sionist rejimə (İsrail - red.) qarşı çıxırlar. Biz də mübarizəni davam etdirəcəyik və bu rejimi məhv edəcəyik”.

DİGƏR XƏBƏRLƏR

Top