ABŞ Trampın prezidentliyinin ilk günündə ÜST-dən çıxdığını elan edə bilər


“ABŞ-nin yeni seçilmiş prezidenti Donald Trampın komandası Birləşmiş Ştatların Ümumdünya Səhiyyə Təşkilatından (ÜST) tez bir zamanda çıxmasında israrlıdır”.
Yeniavaz.com
xəbər verir ki, “Financial Times” bu barədə məlumat yayıb.
Bildirilib ki, Trampın ətrafı ÜST-dən çıxışı onun inaqurasiya günü, yanvarın 20-də elan etməyi planlaşdırır.
Nəşrlə danışan ekspertlər ABŞ-nin çıxış planını qlobal sağlamlıq üçün fəlakətli adlandırıblar. ABŞ ÜST-nin ən böyük donorudur; son illərdə Vaşinqton təşkilatın maliyyəsinin təxminən 16%-ni təmin edib.
Xatırladaq ki, Tramp 2020-ci ilin yayında ilk səlahiyyət müddətində ABŞ-nin ÜST-dən çıxması prosesinə artıq start verib. Daha sonra o, təşkilatı Çinin maraqlarına xidmət etməkdə və koronavirusun yayılması səbəbindən müvafiq tədbirlərin görülməməsində ittiham edib. Rəsmi olaraq ABŞ 2021-ci ilin iyulunda təşkilatı tərk etməli idi, lakin Co Bayden prezidentliyinin ilk günündə Trampın sərəncamını ləğv edib.

DİGƏR XƏBƏRLƏR

Top