Ötən gün Muğlaya gələn təcili yardım helikopteri əlverişsiz hava şəraiti səbəbindən havaya qalxa bilməyib.
Yeniavaz.com xəbər verir ki, bu gün səhər saatlarında Antalyaya getmək üçün havaya qalxan təcili yardım helikopteri havaya qalxdıqdan sonra qatı duman səbəbindən xəstəxana binasına çırpılaraq yerə düşüb.
İlkin məlumata görə, qəza nəticəsində 4 nəfər həyatını itirib.
Muğla valisi İdris Akbıyık həyatını itirənlərdən 2-nin pilot, 1-nin həkim, 1-nin isə tibb işçisi olduğunu açıqlayıb.
***11:49
Türkiyənin Muğla şəhərində helikopter Təhsil və Araşdırma Xəstəxanasına çırpılıb.
Yeniavaz.com xəbər verir ki, bu barədə “Haber Global” məlumat yayıb.
Bildirilib ki, zərbədən sonra helikopter yaxınlıqdakı boş əraziyə düşüb.
Hadisə yerində axtarış-xilasetmə işləri davam etdirilir.