“Atletiko Madrid” son saniyələrdə “Barselona”nı məğlub etdi


İspaniya “La Liqa”sının 18-ci turunun matçında “Atletiko Madrid” səfərdə “Barselona”nı məğlub edib.
Yeniavaz.com xəbər verir ki, “Olimpiko” stadionunda baş tutan görüş 2:1 hesabı ilə qonaqların xeyrilə başa çatıb.
Matçın 30-cu dəqiqəsində “Barselona”nın yarımmüdafiəçisi Pedri, 60-cı dəqiqədə isə “Atletiko”nun yarımmüdafiəçisi Rodriqo De Paul fərqlənib. Matçın son saniyələrində, 90+6-cı dəqiqədə “matrasçılar”a qələbəni norveçli Aleksandr Serlot gətirib.
Bu qələbə sayəsində “Atletiko” İspaniya çempionatının lideri olub. Dieqo Simeonenin komandası 18 görüşdən sonra 41 xala malikdir. “Barselona” 19 oyundan sonra 38 xalla ikincidir. Bununla belə, “Real Madrid” kataloniyalılardan bir xal az və iki oyunla təhlükəli dərəcədə yaxındır.

DİGƏR XƏBƏRLƏR

Top