Şagirdlərin ağızını “skoç”la bağlayan müəllimə oyun oynadıqlarını deyib – Video


Bakının Nərimanov rayonunda 178 nömrəli tam orta məktəbin 3A sinfinin rəhbəri Xatirə Rüstəmovanın şagirdlərin ağızlarını “skoç”la bağlaması barədə iddialar yayılıb. 
Yeniavaz.com 
xəbər verir ki, bu barədə Baku TV-yə valideynlər müraciət ediblər. Onlar, həmçinin uşaqlarının müəllim tərəfindən alçaldıldığını və döyüldüklərini bildirib.
Sözügedən müəllim baş vermiş hadisə ilə bağlı açıqlama verərək bunun bir oyun olduğunu, dərs vaxtı belə oyunlardan çox istifadə etdiyini açıqlayıb: “Hər zaman bunun müsbət nəticələrini görmüşəm. Çünki öyrənmək bəzən çətin ola bilər, bunu əyləncəli şəkildə həyata keçirdiyimiz zaman isə daha asan və maraqlı olur. Bəzən dərs zamanı uşaqlar bir-birinə mane olmasın, köçürülmə halları yaşanmasın deyə, el arasında “qaradinməz” adlanan oyundan da istifadə edirəm. Bu oyunun uşaqların iradəsini necə möhkəmləndirdiyinin şahidi olmuşam. Bir neçə gün əvvəl “Rəqəmsal bacarıqlar” dərsi zamanı kiçik summativ qiymətləndirmə (KSQ) yazarkən uşaqların səs-küy salmadan bütün fikirlərini dərsə yönəltmələrini təmin etmək məqsədilə bu oyundan istifadə etdim. Oyunun qaydalarına görə, səs salaraq sinif yoldaşlarına mane olan, qaydalara əməl etməyən şagirdlərin çənə nahiyəsinə rəmzi olaraq rəngli yapışqan kağız yapışdırılır. Burada əsas məqsəd şagirdlərin səs salaraq bir-birinə mane olmaması, sakitliyə riayət etməsi və uşaqların fikrinin dərsə yönəldilməsidir. Bu cür əyləncəli oyunlar uşaqlarda maraq yaratmaqla, həm də onlara dərsi daha diqqətlə dinləmələrini, oyunun qalibi olmaq üçün səbirli və iradəli olmağı öyrədir. Bu, uşaqların əylənərək dərs çalışmalarına imkan yaradır”.
Daha ətraflı videomaterialda:

DİGƏR XƏBƏRLƏR

Top