Səudiyyə Ərəbistanı Maqdeburqda Milad bazarında izdihamın üzərinə maşın sürən şübhəli şəxsi ilə bağlı daha əvvəl Almaniya hakimiyyətinə xəbərdarlıq edib.
Yeniavaz.com “Der Spiegel”ə istinadən xəbər verir ki, həmin şəxs əvvəllər “X” hesabında sülh və təhlükəsizliyi təhdid edən yazılar dərc edib.
Bildirilir ki, Səudiyyə Ərəbistanı vətəndaşı olan həmin şəxs ifrat sağçı Almaniya üçün Alternativ (AfD) partiyasına rəğbət bəslədiyini yazıb. Cinayətin motivi qeyri-müəyyən olaraq qalır və polis hələ ki, şübhəlinin adını açıqlamır. O, Almaniya mediasında “Taleb A” kimi qeyd olunur.
Yenilənmiş məlumatlara görə, faciə nəticəsində 5 nəfər həlak olub, 200-ə yaxın insan yaralanıb.