Latviyanın xarici işlər naziri Baiba Braze Gürcüstana qarşı sanksiyaların genişləndirildiyini açıqlayıb.
Yeniavaz.com xəbər verir ki, bu barədə Baiba Braze sosial şəbəkə hesabında yazıb.
“13 Gürcüstan vətəndaşının Latviyaya girişini qadağan qoyulub. Bu qərar İmmiqrasiya Qanununun 61-ci maddəsinə əsasən qəbul edilib. Fiziki şəxslərin Latviyaya girişinə qadağa qeyri-məhdud müddətə tətbiq edilib”, - deyə XİN başçısı qeyd edib.