Suriyada İran səfirliyinin əməkdaşı öldürülüb


İranın Dəməşqdəki səfirliyinin texniki əməkdaşı terror aksiyası nəticəsində həlak olub.
Yeniavaz.com
xəbər verir ki, bunu İran Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi İsmail Bəqayi deyib.
“Bazar günü, dekabrın 15-də terrorçu ünsürlər İranın Dəməşqdəki səfirliyinin əməkdaşı Seyid Davud Bitərəfin avtomobilini atəşə tutub, o, öldürülüb”, - Bəqayi bildirib.
O qeyd edib ki, bu cinayətə görə məsuliyyət daşıyanların tapılması, mühakimə olunması və cəzalandırılması Suriyanın keçid hökumətinin üzərinə düşür.

DİGƏR XƏBƏRLƏR

Top