Türkiyənin Ərzurum vilayətində yerləşən Palantökən dağında qar uçquğunu baş verib.
Yeniavaz.com ölkə mətbuatına istinadla xəbər verir ki, təbii fəlakət Türkiyənin Cüdo Milli Komandasının 15 üzvü dağa dırmaşan zaman meydana gəlib.
“Haberler”in məlumatına görə, 16 yaşlı cüdoçu qar kütləsinin altında qalaraq dünyasını dəyişib, 5 nəfər isə yaralanıb.