21 dekabr 2024-cü il tarixində yerli vaxtla saat 03:01-dən etibarən Azərbaycan-Ermənistan sərhədində ard-arda 4,8, 3 və 3,8 maqnituda zəlzələlər qeydə alınıb.
Yeniavaz.com xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyinin (FHN) Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə Respublika Seysmoloji Xidmət Mərkəzindən məlumat daxil olub.
Bildirilib ki, zəlzələlər nəticəsində ölkə ərazisində hər hansı dağıntı və ya insan xəsarəti barədə FHN-ə məlumat daxil olmayıb.