Rusiyalı terapevt Aleksey Vodovozov qışda sağlamlığımıza zərər vermədən nə qədər su içməli olduğumuz barədə danışıb.
Yeniavaz.com xəbər verir ki, o, fikirlərini “Sputnik” radiosu ilə söhbətində bildirib.
Həkimin sözlərinə görə, qışda insan yaydan daha az su içməlidir:
“Və bura hər hansı bir maye: su, şorba, kompotlar, çay, qəhvə daxildir. Bu fakt soyuq şəraitdə orqanizmin daha az maye itirməsi ilə izah olunur”.
Vodovozov qeyd edib ki, kifayət qədər su içib-içmədiyinizi sidiyin rənginə görə müəyyən edə bilərsiniz:
“Saman sarısı rəngdə olan sidik bədəndə kifayət qədər maye olduğunu göstərir. Suyun özü kimi tamamilə ağ, şəffafdırsa, bu da yaxşı bir şey deyil. Bu, ehtiyacımızdan daha çox su içdiyimizə işarədir ki, bu da ödemlə nəticələnə bilər və ya həmin şəxsin böyrəklərinin konsentrasiya funksiyasında problem yaranmasının işarəsi ola bilər. Bundan sonra nefroloqa müraciət etmək lazımdır”.