Almaniyada bazarda iki avtomobil insanların üzərinə sürüldü – 11 nəfər öldü


Almaniyanın Maqdeburq şəhərində Milad bazarında iki avtomobil insanların üzərinə sürülüb.
Yeniavaz.com
xəbər verir ki, bu barədə “T-online” xəbər portalı hadisə şahidlərinə istinadən məlumat yayıb.
Portalın məlumatına görə, azı 11 nəfər ölüb, 60 nəfər yaralanıb.
Hazırda bazar bağlıdır və polis hadisə yerindədir. Sürücü saxlanılıb.
Bir neçə alman mediası bir avtomobil haqqında yazır. Hadisə şahidlərinin sözlərinə görə, sürücü, görünür, qəsdən maşını insanlara tuşlayıb. Hadisənin hansı şəraitdə baş verdiyi hələ də bəlli deyil.
MDR teleradio şirkətinin məlumatına görə, regional hökumət hadisəni terror hücumu adlandırıb.

DİGƏR XƏBƏRLƏR

Top