Oruc Zalovun polkovnik oğlu işdən çıxarılıb – KİV


Dövlət Gömrük Komitəsinin Daxili Təhlükəsizlik İdarəsinin rəisi polkovnik Rəşad Zalovun vəzifəsindən azad edildiyi bildirilir.
Yeniavaz.com
xəbər verir ki, bu barədə “Bakupost” məlumat yayıb.
Bildirilib ki, bununla bağlı Dövlət Gömrük Komitəsinin sədri Şahin Bağırov müvafiq əmr imzalayıb.
R.Zalovun təqaüdə göndərildiyi bildirilir. Komitənin saytından da Rəşad Zalovla bağlı məlumatlar götürülüb.
Qeyd edək ki, Rəşad Zalov daxili işlər nazirinin sabiq müavini (1998–2022), polis general-leytenantı Oruc Zalovun oğludur.

DİGƏR XƏBƏRLƏR

Top