Noyabr ayında əcnəbilərin Azərbaycana hansı məqsədlə gəldikləri açıqlandı


Bu ilin noyabr ayında turizm məqsədi ilə Azərbaycana 140 min 382 nəfər xarici ölkə vətəndaşı gəlib.
Yeniavaz.com
açıqlanan rəsmi məlumatlara istinadən xəbər verir ki, Azərbaycana səfər edən xarici ölkə vətəndaşlarının 65 min 773 nəfəri və ya 46,8%-i ölkəyə istirahət və əyləncə üçün gəlib.
Qeyd edək ki, noyabr ayında Azərbaycana gələn əcnəbilərin səfərlərinin əsas məqsədi aşağıdakılar olub:
İşgüzar məqsədlə – 53 min 538 nəfər;
İstirahət və əyləncə üçün – 65  min 773 nəfər;
Qohumlara, dostlara baş çəkmək üçün – 15 min 837 nəfər;
Müalicə üçün – 1 602 nəfər;
Dini ziyarət üçün – 197 nəfər;
Mağazalara baş çəkmək üçün – 299 nəfər.


Murad Məmmədov

DİGƏR XƏBƏRLƏR

Top