Qətər və Çexiyadakı səfirlərimiz geri çağırıldı


Azərbaycanın Qətər və Çexiyadakı səfirləri geri çağırıblar.
Yeniavaz.com
xəbər verir ki, Prezident İlham Əliyevin imzaladığı sərəncamlara əsasən, Mahir Məmməd oğlu Əliyev Azərbaycanın Qətər Dövlətində fövqəladə və səlahiyyətli səfiri vəzifəsindən, Adış Sakit oğlu Məmmədov isə Azərbaycanın Çex Respublikasında fövqəladə və səlahiyyətli səfiri vəzifəsindən geri çağırılıblar.
Dövlət başçısının imzaladığı digər sərəncamla, A.Məmmədov Azərbaycanın Qətər Dövlətində fövqəladə və səlahiyyətli səfiri təyin edilib.

DİGƏR XƏBƏRLƏR

Top