Xəbər verdiyimiz kimi, dünən Tovuz rayon Aşağı Quşçu kənd 1 nömrəli tam orta ümumtəhsil məktəbinin 2 sinfində pelet sobasının tıxanması tüstülünməyə səbəb olub və nəticədə onlarla şagird zəhərlənib.
Yeniavaz.com xəvər verir ki, Aşağı Quşçu təbii qazla təmin olunan kəndlərdən biridir.
Lakin, kənddə təbii qazın olmasına baxmayaraq məktəb “pelet yanacağı” adlandırılan biokütlə qranul yanacağı ilə qızdırılır.
Məlumat üçün bildirək ki, “pelet yanacağı” Azərbaycana əsasən xarici ölkələrdən idxal edilir. Bu ilin ilk 10 ayında Rusiyadan 251 ton “pelet yanacağı” gətirilib.
Onu da qeyd edək ki, Azərbaycanda təhsil ocaqlarının bu cür yanacaqlarla, o cümlədən də odunla qızdırılması halları geniş yayılıb. Elm və Təhsil Nazirliyi məktəblərin qızdırılması üçün hər il tonlarla odun yanacağı satın alır. Odunla qızdırılan məktəblərin yerləşdiyi ərazilərin bir çoxu isə təbii qazla təmin olunub.
Qazlaşmanın 100 faiz olduğu bu rayonda məktəbi odunla qızdırırlar - FOTOFAKT
Təhsil Nazirliyinin odun "alverindən" kimlər qazanır? - FOTOFAKT
Elnur Əli