Fazil Ağalarovun vəzifəsindən azad edildiyi bildirilir


Naxçıvandakı Əlahiddə Ümumqoşun Ordu Komandanının birinci müavini-Qərargah rəisi general-leytenant Fazil Ağalarovun vəzifəsindən azad edildiyi bildirilir.
Yeniavaz.com
xəbər verir ki, bu barədə “Qafqazinfo” məlumat yayıb.
Bildirilib ki, general Ağalarov xidmətdə olmanın son yaş həddi ilə bağlı təqaüdə göndərilib.
General-leytenantın yerinə hələ ki, təyinat yoxdur.
Qeyd edək ki, hazırda Əlahiddə Ümumqoşun Ordu Komandanı general-mayor Kənan Seyidovdur. Fazil Ağalarov uzun illər sabiq komandan general-polkovnik Kərəm Mustafayevin də müavini işləyib.

DİGƏR XƏBƏRLƏR

Top