Bu ilin oktyabr ayı ərzində Azərbaycana 2 ölkədən qızıl idxal edilib.
Yeniavaz.com açıqlanan rəsmi məlumatlara istinadən xəbər verir ki, oktyabr ayında Qazaxıstandan ölkəmizə 1 919,34 kiloqram, Avstraliyadan isə 1 398,56 kiloqram qızıl gətirilib.
Məlumat üçün bildirək ki, oktyabr ayında Qazxıstandan idxal olunan qızılın bir qramının orta gömrük dəyəri 88,1 dollar (150 manat), Avstraliyadan idxal olunan qızılın bir qramının orta gömrük dəyəri 85,8 dollar (146 manat) olub.
Onu da qeyd edək ki, bu ilin ilk 10 ayı ərzində Azərbaycana xarici ölkələrdən ümumi dəyəri 2 milyard 123 milyon dollar (3,6 milyard manat) olan 27 min 176,4 kiloqram qızıl gətirilib. Ötən ilin eyni dövrü ilə müqayisədə qızıl idxalı 337 dəfə artıb. Belə ki, ötən ilin ilk 10 ayında Azərbaycana cəmi 80,7 kiloqram qızıl gətirilib.
Bu ilin ilk 10 ayında Azərbaycana qızıl əsasən aşağıdakı ölkələrdən gətirilib:
Avstraliya – 13 252,7 kq (bir qramın orta gömrük dəyəri 77,4 dollar);
ABŞ – 5 947,8 kq (78 dollar);
Kanada – 2 023,23 kq (74,4 dollar);
İsveçrə – 1 977,76 kq (76,2 dollar);
Qazaxıstan – 1 919,34 kq (88,1 dollar);
Rusiya – 1 985,03 (80,9 dollar);
Türkiyə – 69,94 1485,89 (21,2 dollar).
Elnur Əli