Həkim kataraktanın ilk əlamətləri barədə xəbərdarlıq etdi


“Katarakta daha çox yaşlı insanlarda rast gəlinir, lakin gənclərdə də inkişaf edə bilər”.
Yeniavaz.com
xəbər verir ki, bu barədə Lente.ru-ya şərhində oftalmoloq-cərrah, tibb elmləri namizədi Armine Gevorkyan danışıb.
Həkim ikiqat görmə hissini, bulanıq təsvirləri, gözlərin qarşısında rəngli dairələrin və ya ləkələrin görünməsini və görmə sahəsində dumanı kataraktanın əlamətləri adlandırdı:
“Bundan başqa, əgər insan işıqdan diskomfort hiss edirsə, kiçik hissələrlə işləyərkən çətinlik çəkirsə və ya görmə qabiliyyətinin, xüsusən də gecə saatlarında zəiflədiyini müşahidə edirsə, xəstəlikdən şübhələnmək olar. Kataraktanı tam müalicə etmək və linzanın əvvəlki şəffaflığını bərpa etmək mümkün deyil, lakin vaxtında aparılan müalicə əməliyyatı gecikdirəcək”.
Katarakta riskini minimuma endirmək üçün həkim gözlərinizi ultrabənövşəyi şüalardan qorumağı, hormonal sistemin işinə nəzarət etməyi, yaxşı qidalanmağı, pis vərdişlərdən imtina etməyi və ildə bir dəfə oftalmoloqun müayinəsindən keçməyi tövsiyə edib.

DİGƏR XƏBƏRLƏR

Top