“Azərbaycanla sərhəddə üçüncü ölkələrin qüvvələrini yerləşdirməməyə razıyıq” – Paşinyan


“İrəvan delimitasiyadan sonra Ermənistan-Azərbaycan sərhədində üçüncü ölkələrin qüvvələrini yerləşdirməməyə razıdır”.
Yeniavaz.com
xəbər verir ki, bunu Ermənistanın Baş naziri Nikol Paşinyan “Armenpress” agentliyinə müsahibəsində deyib.
“Biz təklif edirik ki, üçüncü dövlətlərin qüvvələrinin Ermənistan-Azərbaycan sərhədinin delimitasiya olunmuş hissələrinə yerləşdirilməməsi haqqında müddəa tətbiq edilsin. Bu məntiqlidir, çünki bu ərazilərdə eskalasiya riski minimuma endirilməsə, delimitasiya hesabına əhəmiyyətli dərəcədə azalır. Beləliklə, sərhədin tam delimitasiyası başa çatdıqdan sonra Ermənistan-Azərbaycan sərhədinin hər hansı bir hissəsində üçüncü qüvvələrin olmasına ehtiyac qalmayacaq və Ermənistan Respublikası belə məntiq təklif edir”, - Baş nazir deyib.

DİGƏR XƏBƏRLƏR

Top