Fələstinin Qəzza zolağında son 24 saat ərzində İsrail ordusunun əməliyyatları nəticəsində 30-dan çox fələstinli ölüb.
Yeniavaz.com xəbər verir ki, bu barədə blokladada olan anklavın Səhiyyə Nazirliyi rəsmi “Telegram” kanalında məlumat yayıb.
“Son 24 saat ərzində İsrail qüvvələrinin Qəzzanın müxtəlif ərazilərini atəşə tutması və bombalaması nəticəsində 32 nəfər ölüb, 94 nəfər yaralanıb”, - nazirlikdən bildirilib.
Qeyd olunub ki, İsrail hərbi əməliyyatlara başlayandan bəri anklav əhalisi arasında ölənlərin sayı 45 min 129, yaralananların sayı 107 min 338 nəfərə çatıb.