Abxaziyanın qondarma parlamentinin binasında atışma olub.
Yeniavaz.com xəbər verir ki, “deputat” Vaxtanq Qolandzia öldürülüb, müxalifətçi Kan Kvarçia yaralanıb.
“AMRA-life” Teleqram kanalı yazır ki, mədənçıxarma haqqında qanun layihəsi “parlament”də müzakirəyə çıxarılıb.
“Görüş zamanı Adqur Karazia və Kan Kvarçia qarşı-qarşıya gəlib, nəticədə Adqur silahı çıxarıb atəş açıb. Mərhum Vaxtanq Qolandzia onların mübahisəsinə müdaxilə etməyə çalışıb”, – nəşr yazır.
Hadisə yerinə istintaq qrupu gəlib. İlkin məlumata görə, cinayətkar olduğu ehtimal edilən şəxs hadisə yerindən qaçıb.