“Plazalar kralı” oğluna görə üzr istədi – Video


“AQA Şirkətlər Qrupu”nun təsisçisi, tanınmış iş adamı Aydın Dəmirçi üzr istəyib.

Yeniavaz.com APA-ya istinadən xəbər verir ki, iş adamı ağacları kəsərək təbiətə vurduqları külli miqdarda ziyana görə üzr istəyib.

Xatırladaq ki, “AQA Şirkətlər Qrupu”nun təsisçisi, tanınmış iş adamı Aydın Dəmirçinin oğlu Qafar Dəmirçi həbs edilib. Şirkətin vitse-prezidenti Q.Dəmirçi ağacları kəsərək təbiətə külli miqdarda ziyan vurmaqda ittiham edilir.
Mətbuatda dərc olunan məlumata görə, hüquq-mühafizə orqanları müəyyən edib ki, “plazalar kralı” kimi tanınan oğul Dəmirçinin rəhbərlik etdiyi “Monte Ferro” şirkəti Şəkinin meşəlik ərazilərində ağacları qanunsuz kəsib. Az qala, böyük bir meşə sahəsinin məhv edilməsi nəticəsində isə təbiətə nə az-nə çox – təxminən 8 milyon manatdan çox ziyan dəyib.
Qafar Dəmirçi ilə birgə şirkətin bir neçə əməkdaşı Cinayət Məcəlləsinin 259.3-cü (ağacları kəsmə-qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən xeyli və külli miqdarda ziyan vurmaqla) maddəsi ilə cinayət məsuliyyətinə cəlb edilib. Məhkəmənin qərarı ilə Q.Dəmirçi barəsində 3 aylıq həbs qətimkan tədbiri seçilib. “Plazalar kralı” işçiləri ilə birlikdə məhkəmə zalından birbaşa istintaq təcridxanasına göndərilib.
Qeyd edək ki, “AQA Şirkətlər Qrupu”na bağlı olan iş mərkəzləri arasında “Demirchi Tower”, “AGA İş Mərkəzi”, “Ariana Business Park”, “Caspian Business Center”, “Lotfi Zadeh Texnologiyalar Mərkəzi” və “Caspian Plaza” (3 korpusdan ibarət) yer alır. Bunlardan başqa “AGA Qroup” maliyyə (“Ferrum Kapital” və “Caspian Audit”),  kənd təsərrüfatı (“AGA Agro”, "Monte Ferro"),  İnformasiya Texnologiyaları (“Bravo Online Systems”), turizm və otelçilik (“Da Vinci” və “Caspian Palace” otelləri)  sahələrində də fəaliyyət göstərir.

DİGƏR XƏBƏRLƏR

Top