Azərbaycan Mərkəzi Bankı (MB) 6 sığorta şirkətinə məcburi göstəriş verib.
Yeniavaz.com xəbər verir ki, bu barədə MB-dən məlumat verilib.
Bildirilir ki, bunlar “AzSığorta”, “İpək Yolu Sığorta”, “Aqrar Sığorta Müştərək Sığorta Şirkəti”, “Xalq Həyat”, “Atəşgah Həyat” və “AzRe Təkrarsığorta” şirkətləridir.
MB qeyd edib ki, həyata keçirilən araşdırmalar və sığorta bazarının ümumi monitorinqi zamanı sözügedən sığorta şirkətlərinin “Sığorta fəaliyyəti haqqında” Azərbaycan Respublikası Qanununda müəyyən edilmiş sığortaçılarda korporativ idarəetmə ilə bağlı tələblərinin təmin edilməsi məqsədilə Qanunun 102.2.8-1-ci maddəsinə əsasən icrası məcburi göstəriş verilib.