Azərbaycan “D-8”ə üzv qəbul edilib – Yenilənib


Bu gün - 19 dekabr 2024-cü il tarixində Misirin paytaxtı Qahirə şəhərində keçiriln “D-8” İqtisadi Əməkdaşlıq Təşkilatının 11-ci Zirvə görüşü zamanı Azərbaycan yekdilliklə təşkilatın üzvü seçilib.
Yeniavaz.com xəbər verir ki, bu barədə Azərbaycan Xarici İşlər Nazirliyi məlumat yayıb.

***14:33

Məlum olduğu kimi, bu gün Misirin paytaxtı Qahirə şəhərində “D-8” İqtisadi Əməkdaşlıq Təşkilatının 11-ci Zirvə görüşü keçirilir.
Yeniavaz.com 
xəbər verir ki, Azərbaycanın Baş naziri Əli Əsədov da bu tədbirdə iştirak etmək üçün Misirə səfər edib.
Qeyd edək ki, bu ilin əvvəlində mətbuatda Azərbaycanın “D-8”ə üzv olmaq üçün müraciət etdiyi barədə məlumatlar yayılıb.
Baş nazir Əli Əsədovun “D-8” toplantısında iştirak etməsi Azərbaycanın da bu quruma üzv qəbul ediləcəyi ilə bağlıdır.
Türkiyə Prezdenti Rəcəb Tayyib Ərdoğan İqtisadi Əməkdaşlıq Təşkilatının 11-ci Zirvə görüşündə deyib ki, qardaş Azərbaycana təşkilatımıza xoş gəldin deyirik. 
Qeyd edək ki, “D-8” Türkiyənin sabiq Baş naziri Nəcməddin Ərbakanın təşəbbüsü ilə 22 oktyabr 1996-cı ildə İstanbulda Banqladeş, İndoneziya, İran, Malayziya, Misir, Nigeriya və Pakistanın əməkdaşlığı ilə təşkil edilən İnkişaf Əməkdaşlıq Konfransı ilə qurulub.

DİGƏR XƏBƏRLƏR

Top