Futbol üzrə Azərbaycan milli komandası FİFA-nın sonuncu reytinqində 1158,7 xalla 117-ci yerdə qərarlaşıb.
Yeniavaz.com xəbər verir ki, bu barədə FİFA-nın rəsmi saytı məlumat yayıb.
Bildirilir ki, reytinq siyahısına sonuncu dünya çempionu Argentina (1867,25) başçılıq edir. Fransa (1859,78) ikinci, İspaniya (1853,27) millisi isə üçüncüdür.
Region ölkələrinin siyahdakı mövqeyi isə aşağıdakı kimi olub:
İran – 17-ci yer (1635,31 xal)
Ukrayna – 25-ci yer (1554,94 xal)
Türkiyə – 28-ci yer (1537,24 xal)
Rusiya – 34-cü yer (1512,32 xal)
Özbəkistan – 58-ci yer (1424,93 xal)
Gürcüstan – 68-ci yer (1362,21 xal)
Belarus – 98-ci yer (1226,31 xal)
Ermənistan – 100-cü yer (1219,15 xal)
Tacikistan – 104-cü yer (1203,08 xal)
Qırğızıstan – 107-ci yer (1194,19 xal)
Qazaxıstan – 110-cu yer (1180,18 xal)
Azərbaycan – 117-ci yer (1158,7 xal)
Türkmənistan – 143-cü yer (1065,42 xal)