“Real Madrid” futbolçuları Qətərdə keçirilən Qitələrarası Kubokun final oyununda meksikalı “Paçuka”ya 3:0 hesabı ilə qalib gəlib.
Yeniavaz.com xəbər verir ki, qolları Kilian Mbappe (38-ci dəqiqə), Rodriqo (53) və Vinisius Junior (83, penalti) vurub.
Qeyd edək ki, Qitələrarası Kubok 1960-2004-cü illərdə Çempionlar Liqası/Avropa Kubokunun və Libertadores Kubokunun qalibləri arasında oynanılıb. FİFA altı konfederasiyanın hər birindən əsas klub turnirlərinin qaliblərinin iştirak etdiyi turniri bu il yenidən təşkil edib.
“Real Madrid” tarixində dördüncü dəfə Qitələrarası Kuboku qazanaraq yeni rekorda imza atıb. “Milan”, Uruqvayın “Penyarol” və “Nacional”, eləcə də Argentinanın “Boka Xuniors” hərəyə üç qələbə qazanıb.