“Suriyanın sabitliyi regionun sabitliyi deməkdir” – Ərdoğan


“Suriyada yeni dövr başlayıb. Suriyanın iki mühüm qonşusu olaraq biz razılaşırıq ki, biz birlikdə hərəkət etməliyik. Suriyanın sabitliyi regionun sabitliyi deməkdir”.
Yeniavaz.com
xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Livanın Baş naziri Nəcib Mikati ilə keçirdiyi görüşlərdən sonra təşkil etdiyi mətbuat konfransında deyib.
Türkiyə başçısı bildirib ki, son 13 ildə Suriyadakı qarışıqlıqdan bütün bölgə əziyyət çəkir6
“Eynilə bizim kimi Livan da Suriyalı qardaşlarımızı tərəddüd etmədən qarşıladı və qəbul etdi. Suriyanın yenidən qurulması ilə gündəlik həyatın normallaşdırılması bizim prioritetimizdir. Bütün seqmentlərin təmsil olunduğu əhatəli daimi administrasiyanın qurulması suriyalılar üçün olduğu qədər bizim, bölgə ölkələri üçün də vacibdir. Suriyanın ərazi bütövlüyünün və unitar quruluşunun qorunub saxlanılması ölkəmizin heç vaxt güzəştə getməyəcəyi bir məsələdir. Biz ilk gündən separatçılıq ambisiyaları ilə bağlı mövqeyimizi bildirdik, bunu bütün dünyaya bəyan etdik, qətiyyətimizi nümayiş etdirdik. Türkiyə bu prosesdə Suriya xalqının yanında olacaq və münaqişənin başlanğıcından bəri etdiyi kimi bütün lazımi töhfələri verəcək”.

DİGƏR XƏBƏRLƏR

Top