NATO-nun baş katibi Mark Rutte Visbadendə alyansın Ukraynaya silah tədarükünün koordinasiyası üzrə komandanlığının işinə başladığını elan edib.
Yeniavaz.com xəbər verir ki, o, bu barədə Brüsseldə keçirdiyi mətbuat konfransında bildirib.
“NATO-nun Visbadendəki komandanlığı işə başlayıb”, - baş katib bildirib.
Rutte həmçinin Aİ və NATO ölkələrini Rusiyaya kömək etməmək üçün sülh danışıqlarını daha az müzakirə etməyə, diqqəti Ukraynaya hərbi təchizatın təmin edilməsinə yönəltməyə çağırıb:
“Ukraynanı güclü vəziyyətə salmaq lazımdır. Cəbhə indi şərqə yox, qərbə doğru irəliləyir. Bunu dəyişmək bizim əsas prioritetimizdir”.