![](https://cdn.yeniavaz.com/uploadedfiles/custom/2023/10/11/1/0834ed09-cfb5-4893-821e-745875d4e34b/hemas-yeni.jpg)
“HƏMAS hərəkatı Qəzza zolağında girov saxlanılanların İsrail həbsxanalarında məhbus olan fələstinlilərlə dəyişdirilməsinə dair mümkün razılaşmanın birinci mərhələsi çərçivəsində 30-a yaxın girovu İsrail tərəfinə təhvil verməyə razılaşıb”.
Yeniavaz.com xəbər verir ki, bu barədə hərəkata yaxın olan Fələstinin “Maan” agentliyi məlumat yayıb.
Bildirilib ki, HƏMAS 30-a yaxın israilli girovu, həmçinin bir neçə cəsəd təhvil verəcək:
“Eyni zamanda HƏMAS gözləyir ki, İsrail həbsxanalarından azad edilən fələstinlilər arasında ömürlük həbs cəzası çəkən məhbuslar da olacaq”.
“Əl-Ərəbiyyə” mənbələri İsrail həbsxanalarında saxlanılan və israilli girovlar müqabilində azadlığa buraxılmaları gözlənilən fələstinli məhbusların HƏMAS-ın razılığı ilə azad edildikdən sonra Qətər və Türkiyəyə təhvil veriləcəyini açıqlayıb. Bu məhbusların adları və sayı hələlik açıqlanmayıb.