Türkiyənin “Qalatasaray” klubunun mərakeşli ulduzu Hakim Ziyeşin baş məşqçi Okan Burukla bağlı qalmaqallı sözlər dediyi iddia olunur.
Yeniavaz.com xəbər verir ki, bu barədə “İdman gecəsi” verilişində jurnalist Haluk Yürekli danışıb.
O iddia edib ki, Ziyeş artıq “Sarı-qırmızılılar”da oynamaq istəmir. Jurnalistin sözlərinə görə, tanıdığı şəxslərdən biri təyyarədə Ziyeşlə qarşılaşıb və aralarında belə bir dialoq keçib:
- Niyə oynamırsan?
- “Qalatasaray” mövzusu mənim üçün bağlanıb. Oynamaq istəmirəm, yanvarda gedəcəyəm.
- Bəs Okan Buruk?
- Okan Buruk kimi aşağı profilli məşqçi görməmişəm.
- Səncə “Qalatasaray” çempion ola biləcək?
- Vecimə deyil... Məndən əl çəksinlər, nə olur, olsun. Onsuz da gəldiyimə peşmanam.
Hələ ki, iddialara bağlı tərəflərdən hər hansı reaksiya verilməyib.