Emoməli Rəhmon yenidən TXDP-nin sədri seçildi


Tacikistan Prezidenti Emoməli Rəhmon yenidən Tacikistan Xalq Demokratik Partiyasının (TXDP) sədri seçilib.
Yeniavaz.com
xəbər verir ki, onun namizədliyi respublikanın hakim partiyasının Düşənbədə keçirilən 15-ci qurultayının iştirakçıları tərəfindən dəstəklənib.
Bundan başqa, qurultayda partiyanın Mərkəzi İcraiyyə Komitəsinin yeni tərkibi, onun rəhbərliyi və digər partiya orqan və strukturlarının tərkibi təsdiq edilib.
Qeyd edək ki, TXDP Tacikistanda 1994-cü ildə yaradılan ən böyük siyasi partiyadır. 1998-ci ilin martında Rəhmon bu partiyaya qoşulub və o vaxtdan onun lideridir.

DİGƏR XƏBƏRLƏR

Top