2025-ci ildə növbəti “Yüksəliş” müsabiqəsi keçiriləcək.
Yeniavaz.com xəbər verir ki, Prezident İlham Əliyev bununla bağlı müvafiq Sərəncam imzalayıb.
Sərəncamla, 2025-ci ildə növbəti “Yüksəliş” müsabiqəsinin keçirilməsi ilə bağlı cari işlərin görülməsi üçün Azərbaycan Respublikasının 2024-cü il dövlət büdcəsində nəzərdə tutulmuş Azərbaycan Respublikası Prezidentinin ehtiyat fondundan Azərbaycan Respublikasının Gənclər və İdman Nazirliyinə 1 milyon manat ayrılıb.
Maliyyə Nazirliyinə bu Sərəncamda nəzərdə tutulan maliyyələşməni təmin etmək, Təşkilat Komitəsinə isə irəli gələn məsələləri həll etmək tapşırılıb.