Azərbaycan Hərbi Dəniz Qüvvələrinə yeni komandan təyin edildiyi bildirilir.
Yeniavaz.com xəbər verir ki, bu barədə Bakupost.az məlumat yayıb.
Bildirilir ki, Müdafiə naziri general-polkovnik Zakir Həsənovun müvafiq əmrinə əsasən, bu posta 1-ci dərəcəli kapitan Şahin Məmmədov təyinat alıb.
Qeyd edək ki, bu ilin yanvar ayınadək Hərbi Dəniz Qüvvələrinə vitse-admiral Sübhan Bəkirov komandanlıq edib. 12 mart 2020-ci ildə komandan təyin olunan Sübhan Bəkirov bu il yanvarın 12-dən “Hərbi xidmətkeçmə haqqında” Əsasnamənin müvafiq bəndinə əsasən, həqiqi hərbi xidmətdə olmağın son yaş həddinə çatması ilə əlaqədar ehtiyata buraxılıb
Şahin Məmmədov bundan əvvəl də Hərbi Dəniz Qüvvələrinə rəhbərlik edib. Belə ki, 2014-cü il martın 31-də müdafiə nazirinin əmrinə əsasən, Azərbaycan Hərbi Dəniz Qüvvələri Komandanı vəzifəsinin icrası ona tapşırılıb. Ş.Məmmədov 2016-cı il martın 29-na qədər bu vəzifəni icra edib.