“Bu, Ermənistanın qeyri-dost addımıdır” – Rusiya XİN


Rusiya hakimiyyəti politoloq, Moskva Dövlət Beynəlxalq Münasibətlər İnstitutunun (MDBMİ) professoru Andranik Miqranyanın Ermənistana girişinə qadağa qoyulmasını İrəvanın qeyri-dost addımı kimi qiymətləndirir.
Yeniavaz.com
xəbər verir ki, bunu Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova deyib.
O bildirib ki, bu, iki ölkənin müttəfiqlik statusuna ziddir:
“Biz Andranik Miqranyanın Ermənistana girişinə qadağa qoymasını rəsmi Yerevanın tamamilə qeyri-dost addımı hesab edirik”.
Qeyd edək ki, Andranik Miqranyan valideynlərinin məzarlarını ziyarət etmək üçün bu ay üz tutduğu Ermənistana girişinin qadağan edildiyini öyrənib.

DİGƏR XƏBƏRLƏR

Top