“Makron hökumətinin Ermənistana tədarük etdiyi silahlar Azərbaycan üçün praktiki təhlükə yaradır”


“Makron hökumətinin Ermənistana tədarük etdiyi silahlar hücum silahlarıdır, öldürücüdür və Azərbaycan üçün praktiki təhlükə yaradır”.
Yeniavaz.com
xəbər verir ki, bunu Prezident İlham Əliyev “Rossiya Seqodnya" Beynəlxalq İnformasiya Agentliyinin Baş direktoru Dmitri Kiselyova müsahibəsi zamanı deyib.
O bildirib ki, Azərbaycanın Ermənistanla sərhədinin uzunluğunun min kilometrdən çox olduğunu, bir çox yaşayış məntəqələrinin sərhədə yaxın yerləşdiyini və bu yaşayış məntəqələrinin əksəriyyətinə keçmiş köçkünlərin qayıtdıqlarını nəzərə aldıqda, təbii ki, bu prosesi yalnız kənardan müşahidə etmək olmaz.
“Biz dəfələrlə Ermənistana və onun ABŞ Dövlət Departamentindəki himayədarlarına çatdırmışıq ki, buna son qoyulmalıdır. Amma təəssüf ki, bizim səsimiz eşidilmir, Ermənistanın silahlanması prosesi sıçrayışla gedir”, - deyə Prezident əlavə edib.

DİGƏR XƏBƏRLƏR

Top