Ötən ay Azərbaycanın xarici ticarət dövriyyəsi 3 milyard 735 milyon dollar olub.
Yeniavaz.com açıqlanan rəsmi məlumatlara istinadən xəbər verir ki, ticarət dövriyyəsinin 1 milyard 600 milyon dollarını ixrac, 2 milyard 135 milyon dollarını idxal təşkil edib.
Noyabr ayında xarici ticarət dövriyyəsində 535 milyon dollarlıq mənfi saldo qeydə alınıb.
Məlumat üçün bildirək ki, Dövlət Gömrük Komitəsinin son 14 ildə – 2011-2024-cü illərdə açıqladığı məlumatlarda mənfi saldonun heç vaxt bu səviyyəyə yüksəldiyi qeydə alınmayıb. Azərbaycanın xarici ticarət dövriyyəsində aylıq mənfi saldo ilk dəfə olaraq 500 milyon dollardan çox olub.
Elnur Əli