Sumqayıtda bir ailənin 5 üzvü dəm qazından zəhərlənib


Sumqayıtda Yaşıl dərə yaşayış massivində beş nəfər dəm qazından zəhərlənib.
Yeniavaz.com
APA-ya istinadla xəbər verir ki, zəhərlənənlər bir ailənin üzvləridir.
39 yaşlı Qabil Niftalı oğlu Orucov, onun həyat yoldaşı 29 yaşlı Gülbuta İmamverdi qızı Orucova, övladları – 5 yaşlı Niftalı Qabil oğlu Orucov, 16 yaşlı Aysun Qabil qızı Orucova və 8 yaşlı Samirə Qabil qızı Orucova dərhal Sumqayıt Şəhər Təcili Tibbi Yardım Xəstəxanasına aparılıb.
Faktla bağlı araşdırma aparılır.

DİGƏR XƏBƏRLƏR

Top