Fransa Suriyanın paytaxtı Dəməşqdəki səfirliyi üzərinə müharibənin başlamasından 12 il sonra bayraq qaldırıb.
Yeniavaz.com “Reuters”ə istinadən xəbər verir ki, bu barədə Fransa Xarici İşlər Nazirliyi məlumat verib.
Bundan əvvəl Fransa ölkə prezidenti Bəşər Əsədin devrilməsindən sonra siyasi və təhlükəsizlik vəziyyətini qiymətləndirmək üçün Suriyaya diplomatlar qrupunu göndərib.
Bildirilib ki, Suriyaya göndərilən diplomatlar orda qalmayacqlar və bu, səfirliyin yenidən fəaliyyətə başlaması demək deyil.
2012-ci ildən rəsmi Dəməşqlə əlaqələri kəsən Fransa bildirib ki, Suriyada siyasi keçid BMT-nin qəbul etdiyi çərçivəyə uyğun olaraq etibarlı və əhatəli olmalıdır.