Rusiya Müdafiə Nazirliyinin general-leytenantı İqor Kirillovun ölümünə səbəb olan Moskvadakı partlayışın kadrları yayılıb.
Yeniavaz.com xəbər verir ki, kadrlarda, onun köməkçisi ilə birlikdə yaşadığı binadan çıxarkən partlayışın baş verdiyi görünür.
Qeyd edək ki, İ. Kirillov Rusiya Silahlı Qüvvələrinin radiasiya, kimyəvi və bioloji müdafiə qoşunlarının rəisi vəzifəsini tutub. Onunla birlikdə yanındakı köməkçisi də dünyasını dəyişib.