Suriyanın şimalındakı “Barış Pınarı” əməliyyatı bölgəsində 4 PKK/YPG terrorçusu, İraqın şimalında “Pəncəli kilid” əməliyyatı bölgəsində isə 2 PKK terrorçusu zərərsizləşdirilib.
Yeniavaz.com xəbər verir ki, bu barədə Türkiyənin Milli Müdafiə Nazirliyi məlumat yayıb.
Nazirliyin məlumatında qeyd olunur ki, əməliyyatlar davam etdirilir.
Həmçinin Şanlıurfa vilayətində terror təşkilatı PKK-nın məsul şəxsi olduğu iddia edilən və təşkilatın sui-qəsdçiləri arasında yer alan qadın terrorçu təhlükəsizlik qüvvələrinin cəhdləri nəticəsində təslim olub.