“Bir neçə gündən sonra evliliyimizin 27-ci ildönümü olacaq, amma biz de-yure evli deyilik”.
Yeniavaz.com xəbər verir ki, bunu sosial şəbəkə hesabında Anna Akopyanla birlikdə video yayan Ermənistanın Baş naziri Nikol Paşinyan deyib.
O bildirib ki, A. Akopyanla nə rəsmi, nə də dini nikahı mövcuddur:
“Biz nə qeydiyyat idarəsinə görə, nə də kilsəyə görə evliyik. Övladlarımızın varlığı münasibətlərimizi möhkəmləndirir. Üstəlik, artıq neçə illərdir ki, siz (Anna Akopyan nəzərdə tutulur – red.) baş nazirin həyat yoldaşı kimi faktiki olaraq bəyannamə verirsiniz. Əslində, 27 ildir ailəliyik, amma evli deyilik”.
Anna Akopyan isə deyib ki, 17 yaşından həyatını Paşinyanla bağlayıb və daha çox onunla yaşayıb, nəinki onsuz.