Moskvanın Ryazanski prospektində yaşayış binasının birinci mərtəbəsində partlayış baş verib.
Yeniavaz.com xəbər verir ki, bu barədə TASS-a əməliyyat xidmətlərindən məlumat daxil olub.
“İlkin məlumata görə, partlayış Ryazanski prospekti 2/1 ünvanında yerləşən yaşayış binasının birinci mərtəbəsində baş verib”, - agentliyin həmsöhbəti bildirib.
“Mash” teleqram kanalının yaydığı məlumata görə isə, Ryazanski prospektində baş verən partlayış nəticəsində Rusiya Silahlı Qüvvələrinin radiasiya, kimyəvi və bioloji müdafiə qoşunlarının rəisi, general-leytenant İqor Kirillov ölüb. Nəşrin məlumatına görə, general və köməkçisi səhər saat 6 radələrində Ryazanski prospektindəki evdən çıxarkən əldəqayırma partlayıcı qurğu işə düşüb.