
İsrail hərbçilərinin Qəzza zolağında keçirdiyi əməliyyatlar nəticəsində 45 mindən çox fələstinli həlak olub.
Yeniavaz.com xəbər verir ki, bu barədə anklavın Səhiyyə Nazirliyi öz “Telegram” kanalında məlumat yayıb.
“2023-cü ilin oktyabr ayından etibarən İsrailin Qəzzaya təcavüzü nəticəsində ölənlərin sayı 45 min 28-ə yüksəlib, daha 106 min 962 nəfər yaralanıb”, - Nazirliyin məlumatında deyilir.
Qeyd olunub ki, İsrailin bombardmanları nəticəsində təkcə son 24 saat ərzində Qəzzada 52 fələstinli həlak olub, daha 203 nəfər yaralanıb.