Sadır Japarov baş naziri vəzifəsindən azad edib


Qırğızıstan Prezidenti Sadır Japarov Akılbek Japarovun Nazirlər Kabinetinin rəhbəri vəzifəsindən azad edilməsi haqqında fərman imzalayıb.
Yeniavaz.com
xəbər verir ki, bu barədə Qırğızıstan dövlət başçısının mətbuat xidmətindən məlumat verilib.
Baş nazirin birinci müavini Adılbek Kasıməliyev Nazirlər Kabinetinin rəhbəri vəzifəsini müvəqqəti icra edən təyin edilib. Qanunvericiliyə uyğun olaraq, respublikanın Nazirlər Kabineti buraxılmayacaq və fəaliyyətini davam etdirəcək.
Qeyd edək ki, Akılbek Japarov 2021-ci ilin oktyabrında Qırğızıstan hökumətinə rəhbərlik edib.

DİGƏR XƏBƏRLƏR

Top