Estoniya İrakli Kobaxidze və daha 13 nəfərə sanksiya tətbiq edib


Estoniya Gürcüstan hökumətinin 14 yüksək vəzifəli məmuruna sanksiya tətbiq edib.
Yeniavaz.com
 xəbər verir ki, bu barədə Estoniyanın Baş naziri Marqus Tsaxna açıqlama verib.
Bildirilib ki, Baş nazir İrakli Kobaxidze də daxil olmaqla, Gürcüstan hökumətinin 14 yüksək vəzifəli məmuruna sanksiya tətbiq edilib. Bundan əlavə, Estoniya Parlamentinin Xarici Əlaqələr Komitəsi digər Aİ ölkələrini də eyni addımı atmağa çağırıb.

DİGƏR XƏBƏRLƏR

Top