İsrailin Baş naziri Benyamin Netanyahu ABŞ-ın yeni seçilmiş Prezidenti Donald Trampla telefon danışığı aparıb.
Yeniavaz.com xəbər verir ki, bu barədə “Times of Israel” xəbər yayıb.
Bildirilir ki, telefon danışığı barədə rəsmi açıqlama verilməyib.
İsrail mediasının məlumatına görə, Tramp və Netanyahu girovların azad edilməsi ilə bağlı mümkün razılaşmanı, Qəzzadakı müharibəni və Suriyadakı vəziyyəti müzakirə ediblər.