İspaniyanın “Mango” geyim dizayn və satış şirkətinin qurucusu və İspaniyanın ən varlı adamlarından biri İsak Andik bədbəxt hadisə nəticəsində dünyasını dəyişib.
Yeniavaz.com xəbər verir ki, bu barədə “El PaÍs” qəzeti məlumat yayıb.
Bildirilib ki, 71 yaşlı iş adamı Kolbato bələdiyyəsində dərəyə yıxılaraq ölüb.
Qeyd edilib ki, Andik ailə üzvləri ilə birgə ekskursiyada olub. O, 150 m hündürlükdən yıxılıb.
“Mango” mətbuata açıqlamasında ölümü təsdiqləyib.
Xatırladaq ki, “Mango” şəbəkəsi 1984-cü ildə Kataloniyada Türkiyədə doğulan iş adamı İsak Andik tərəfindən yaradılıb. “Forbes” jurnalına görə o, İspaniyanın beşinci ən zəngin adamı olub. “Mango”nun dünyada təxminən 2,7 min satış nöqtəsi var. Şirkət 2023-cü maliyyə ilini 3,1 milyard avronu keçən rekord satışla bağlayıb.