Gürcüstanda bədbəxt hadisə – Kurortda 12 nəfər öldü


Gürcüstanın Qudari qış kurortunda kütləvi ölüm halları baş verib.
Yeniavaz.com
xəbər verir ki, ölkənin Daxili İşlər Nazirliyi bu barədə məlumat yayıb.
Bildirilib ki, kurortun hind restoranının ikinci mərtəbəsində 12 nəfərin cəsədi tapılıb.
Ölənlər, ehtimal ki, restoran işçiləri, yataq otağı kimi təchiz olunmuş otaqda tapılıb. Həlak olanlar arasında bir Gürcüstan və 11 xarici vətəndaş var. Onların vətəndaşlığı qeyd edilmir.
İstintaqın məlumatına görə, ölənlərin meyitlərində heç bir zorakılıq əlamətləri yoxdur. Lakin yataq otaqlarından bir qədər aralıda qapalı məkanda generator aşkar edilib ki, ilkin məlumatlara görə, obyektdə elektrik enerjisi kəsildikdən sonra işə salınıb.
İstintaq “Ehtiyatsızlıqdan ölümə səbəb olma” maddəsi ilə aparılır. Hadisə yerində məhkəmə-tibb ekspertləri işləyir. Hazırda işdə iştirak edən şəxslər arasında sorğu aparılır. Ölümün səbəbini müəyyən etmək üçün tibbi müayinə tələb oluna bilər.

DİGƏR XƏBƏRLƏR

Top